Əsgər gedən oğlu üçün yığıncaq keçirdi, səhəri öldü - FOTO
Ötən gün Zaqatala sakini xəstəxanada dünyasını dəyişib.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova dünən səhər saatlarında yaşadığı ünvandan Zaqatala RMX-nin Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.
O, xəstəxanaya daxil olduqdan bir qədər sonra vəfat edib.
Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib.
Onların evində yanvarın 26-sı övladının hərbi xidmətə yola salınması ilə əlaqədar mərasim təşkil olunubmuş.