İsmayıllıda 3 yaşlı uşaq dərmandan zəhərlənərək ÖLDÜ

 11:56 28.01.2025     191

İsmayıllı sakini olan 3 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 27-də qeydə alınıb. İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Ş.T. yaşadığı evdə dərmandan zəhərlənib. Azyaşlı Göyçay rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 yaşlı uşaq orada ölüb.