Nazirlik əməkdaşı cinayət məsuliyyətinə cəlb EDİLDİ

 13:00 28.01.2025     193

Ədliyyə Nazirliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Redaktor.az xəbər verir ki, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.

A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırılıb.

Ona qarşı rüşvət alma və dələduzluq maddələri ilə yekun ittiham elan edilib, barəsində məhkəməyə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlayacağı gözlənilir (Qafqazinfo).