Zaqatalada yüksək hərarətlə xəstəxanaya gətirilən oğlan ÖLDÜ - YENİLƏNİB

 16:50 30.01.2025     703

Zaqatala rayon Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) yanvarın 25-də saat 13:15 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "pnevmoniya" diaqnozu ilə daxil olub.

Redaktor.az xəbər verir ki. bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, eyni tarixdə Terapiya şöbəsinə hospitalizasiya olunub, müayinə zamanı xəstədə "Gilyen Bar sindromu", "proqressivləşən polineyropatiya" aşkarlanıb: "Yanvarın 26-da saat 01:10 radələrində Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, "proqressivləşən tetraparez", "Bulbar sindromu" diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 30 yanvar saat 08:10 radələrində ölüm faktı qeydə alınıb".

12:51

***

Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada dünyasını dəyişib.

Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır (APA).