15 yaşlı nəvəsinin öldüyü gün canına qəsd ETDİ

 10:06 31.01.2025     115

Yevlax rayonunda nəvəsinin qəzada öldüyünü eşidən nənə intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndində baş verib.

Belə ki, yanvarın 23-də Mingəçevir şəhərində həmin kəndin sakini olan 15 yaşlı Amil Habil oğlu Rzayevi “VAZ 2107” markalı avtomobil vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u saat 14 radələrində vəfat edib.

Dünən nəvəsinin ölüm xəbərini alan 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva sirkə turşusu içərək həyatına qəsd edib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır (Qafqazinfo).