Qəbələdə iki maşın toqquşdu - 1 ölü, 4 yaralı
Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə yanvarın 31-də axşam saatlarında Qəbələ rayonunun Tövlə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşması nəticəsində “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini- 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.