Xaçmaz sakini qohumunu bıçaqladı, onun həyat yoldaşını isə avtomobillə VURDU

 23:45 01.02.2025     84

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb, daha sonra onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü S.Məmmədovanı avtomobillə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.