İtkin düşən iki balıqçıdan birinin meyiti tapıldı - FOTO - YENİLƏNİB

 14:00 02.02.2025     144

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

Redaktor.az xəbər verir ki, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

12:15

***

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

Redaktor.az xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb (APA). 

Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçının meyiti aşkarlanıb  - FOTO Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçının meyiti aşkarlanıb  - FOTO