Ağdərədə ev YANDI
Ağdərə rayonunda evdə yanğın olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Bildirilir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.