Bakıda qayda pozan sürücülər ağır qəza törətdi, xəsarət alanlar var - FOTO

 01:24 03.02.2025     95

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yəhya Hüseynov küçəsində Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü və “Ford” markalı maşının sürücüsü arasında anlaşmazlıq baş verib.

Surətlə hərkətdə olan nəqliyyat vasitələri kəsişmədə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan iki sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Bakıda qayda pozan sürücülər ağır qəza törədib, xəsarət alanlar var - FOTO Bakıda qayda pozan sürücülər ağır qəza törədib, xəsarət alanlar var - FOTO Bakıda qayda pozan sürücülər ağır qəza törədib, xəsarət alanlar var - FOTO Bakıda qayda pozan sürücülər ağır qəza törədib, xəsarət alanlar var - FOTO Bakıda qayda pozan sürücülər ağır qəza törədib, xəsarət alanlar var - FOTO