Qəbələyə yarışa gedən yeniyetmə faciəvi şəkildə öldü - YENİLƏNİB

 11:03 03.02.2025     150

H.Hüseynovun yaxınlarının bildirdiyinə görə, o, Qəbələyə idman yarışına gedibmiş.

Redaktor.az xəbər verir ki, Ağcabədidə güləş idman növü ilə məşğul olan Hüseyn müəllimi və digər 5 yeniyetmə idmançı ilə Qəbələyə yoldaşlıq görüşünə gedib. Onlar Qəbələnin Vəndam qəsəbəsində isti hovuzlu ev kirayə tutaraq qalıblar. Axşam saat 22 radələrində yeniyetmələr hovuzda istirahət edəndən sonra evə daxil olublar. Lakin az sonra Hüseynin hovuzda boğularaq vəfat etməsi məlum olub.

Bildirilir ki, hovuzda suyun hündürlüyü 140-150 santimetr, Hüseynin boyu isə 160 santimetr olub.

Hadisənin hansı səbəbdən və şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

09:36

***

Qəbələdə bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır (APA).