Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.