Ağstafada 3 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

 09:31 05.02.2025     117

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib. Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.