Şəhid anası vəfat etdi - FOTO
Şəhid Tuncay Əlizadənin anası Rəna xanım vəfat edib.
Redaktor.az xəbər verir ki, bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu özünün "facebook" səhifəsində məlumat yayıb.
Xatırladım ki, Əlizadə Tuncay Nicad oğlu 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olmub.
20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid Tuncay Əlizadə ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN