Orta məktəb şagirdi dərs zamanı vəfat etdi - YENİLƏNİB
![](https://img.redaktor.az/news/2025/02/photo_269385.webp?v=MTk6MDAyMDI1LTAyLTA1IDE3OjAyOjQ3)
Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Bildirilib ki, Yusif Yusifov ailənin tək övladı imiş. O, ötən ilin noyabr ayında ürəyindən əməliyyat olunubmuş.
15:54
***
Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.
Redaktor.az xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.
İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib (modern.az).