Xalq artistinin alim qardaşı ABŞ-də öldü - FOTO

 18:00 05.02.2025     201

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rüfət Mir-Qasımov 85 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, mərhum alimin qardaşı Xalq artisti Oktay Mir-Qasımın APA-ya verdiyi məlumata görə, R. Mir-Qasımov Amerikada yaşadığı evdə dünyasını dəyişib.

Oqtay Mir-Qasımın sözlərinə görə, bir müddət əvvəl qardaşının ürəyində və ağciyərində problemlərlər yaranıb.

Qeyd edək ki, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub.

Azərbaycanlı alim Amerikada vəfat edib