Sabiq icra başçısı xidməti paspotu İTİRDİ

 14:12 06.02.2025     134

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Razim İsa oğlu Məmmədovun adına verilmiş xidməti pasport itib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in rəsmi KİV-də dərc olunmuş elanında bildirilib.

Məlum olub ki, elanda söhbət Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovdan gedir.

Sənədin hansı şəraitdə itdiyi məlum deyil.

Razim Məmmədov 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2018-ci ilin dekabrında Xətai Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.