İcra məmurunun avtomobili ilə vurduğu qadın ÖLDÜ

 09:27 07.02.2025     130

Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.

Redaktor.az xəbər verir ki, icra məmuru Tural İsayev "'Mercedes Benz C220" markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır (APA).