Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə ÖLDÜ
![](https://img.redaktor.az/news/2025/02/photo_269582.webp)
Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.
Redaktor.az xəbər verir ki, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.
Nəticədə o, ağır xəsarət alıb.
M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).