Kanalda batan 17 yaşlı oğlanın meyiti TAPILDI
![](https://img.redaktor.az/news/2025/02/photo_269600.webp)
Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.