Kürdəmirdə məktəbli yoldaşına xəsarət YETİRDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_269609.webp?v=MTc6MjAyMDI1LTAyLTA3IDEzOjQ2OjMz)
Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbliyə xəsarət yetirib.
Redaktor.az xəbər verir ki, xəsarət alan məktəbli xəstəxanaya aparılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Məlumatda şagirdlərin fiziki və psixoloji durumunun diqqətdə saxlanıldığı bildirilib.
Məsələ ilə bağlı TƏBİB-dən saytımıza bildirildi ki, 07.02.2025-ci il tarixində saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub: “Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir” (Qafqazinfo).