Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - VİDEO

 23:36 07.02.2025     150

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlardan biri 1993-cü il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini Paraşov Orxan Nurəddin oğlu, digəri isə 1989-cu il təvəllüdlü Zaqatala rayon sakini Sabir Fazil oğlu Abdullayevdir.

***

Zaqatala şəhərində minik avtomobili aşıb, xəsarət alanlar var.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, axşam saat 21 radələrində Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan minik avtomobili aşıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan iki nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.

Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

2