Qeyri-sabit hava şəraiti nəticəsində bu qədər insan xəsarət ALIB
![](https://img.redaktor.az/news/2025/02/photo_269719.webp)
Bakıda güclü küləklə müşayiət olunan qeyri- sabit hava şəraiti 1 nəfərin xəsarət alması ilə nəticələnib.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 07-08 yanvar 2025-ci il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə küləkli hava şəraiti nəticəsində yıxılaraq xəsarət alan 1966-cı il təvəllüdlü 1 nəfər (kişi cinsli) müraciət edib.
"Bədənin müxtəlif hissələrinin yüngül əzilməsi diaqnozu qoyulan xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Ambulator müalicə üçün evə buraxılıb”,- deyə məlumatda qeyd edilib.