Gəncədə iki avtomobil TOQQUŞDU
![](https://img.redaktor.az/news/2025/02/photo_269723.webp?v=MTg6MDYyMDI1LTAyLTA4IDE1OjEwOjE3)
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, "BMW X5" markalı minik avtomobili ilə "Hyundai Sonata" markalı minik avtomobili toqquşub.
Hadisə zamanı hər avtomobildən bir sərnişin olmaqla, iki nəfər xəsarət alıb.
08.02.2025-ci tarixində saat 13:10 radələrində 3 nəfər (1 qadın cinsli, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Hazırda müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.