Sumqayıtda sərnişin avtobusları toqquşdu - FOTO

 10:56 09.02.2025     254

Sumqayıt şəhərinin Koroğlu prospektində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, 7 və 522 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusları toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Polis əməkdaşları hazırda hadisə yerindədirlər.