Yasamalda yaşayış binasında yanğın - Sakinlər təxliyə EDİLDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_269788.webp)
Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verib.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.