Xırdalandakı yanğın söndürüldü - YENİLƏNİB

 14:01 09.02.2025     206

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Redaktor.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qüvvələri binanın 10-cu mərtəbəsində qeydə alınan yanğının yayılmasının qarşısını alıblar.

 

13:43

***

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə “Kristal Abşeron-1”də yerləşən mənzillərin birində qeydə alınıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır (Report).