Balakəndə “Kamaz” aşdı - ÖLƏN VAR

 14:37 09.02.2025     150

Balakəndə “Kamaz” aşıb, sürücü ölüb.

Redaktor.az xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Gərəkli kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə hərəkətdə olarkən yük maşını aşıb.

Hadisə nəticəsində Əsgər Fərzəliyev aldığı xəsarətlərdən ölüb.