Bakı-Sumqayıt yolunda sıxlıq yarandı - FOTO

 15:42 09.02.2025     207

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Qəza səbəbindən Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb - FOTO