Süni sututarında batan şəxsin meyiti TAPILDI
![](https://img.redaktor.az/news/2025/02/photo_269820.webp)
Samux rayonunun Sarıqaya kəndində süni sututarında batan şəxsin meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, batan şəxs Goranboy rayon sakini, 2002-ci il təvəllüdlü Cavid Əliyevdir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.