Goranboyda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB
![](https://img.redaktor.az/news/2025/02/photo_269827.webp?v=MTg6NTMyMDI1LTAyLTA5IDIwOjU1OjAx)
Goranboyda ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
Redaktor.az xəbər verir ki, "VAZ-2107" və Pikap tipli avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlu dünyasını dəyişib.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb: 1971-ci il təvəllüdlü Zəminə Qasımova, 1980-ci il təvəllüdlü Samir Hacıbabayev, 1995-ci il təvəllüdlü Vahid Hüseynzadə, 2001-ci il təvəllüdlü Mehman Allahverdiyev, 2001-ci il təvəllüdlü Uğur Babayev, 2001-ci il təvəllüdlü Məktub Allahyarov.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
***
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, yaralılar var.