Bakı-Şamaxı yolunda avtomobil aşdı - ölən və yaralananlar VAR

 16:44 10.02.2025     192

Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb.

Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.