Qobustanda ağır qəza - Anası öldü, özü və xanımı xəstəxanalıq OLDU

 17:26 10.02.2025     193

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır qəza olub.

Redaktor.az xəbər verir ki, 32 yaşlı Əli Mahmudovun sürdüyü “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücünün avtomobildə olan 1971-ci il təvəllüdlü anası Mahmudova Ramidə hadisə yerində ölüb.

Sürücü və həyat yoldaşı isə xəsarətlərlə xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.