Şamaxıda 27 yaşlı qız dəm qazından BOĞULDU
![](https://img.redaktor.az/news/2025/02/photo_269960.webp)
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.