Sumqayıtda ağır yol qəzasında dörd nəfər YARALANDI
![](https://img.redaktor.az/news/2025/02/photo_270097.webp)
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Redaktor.az “Report”a istinadən məlumat verir ki, şəhərin Sahil küçəsində “Opel” və “Renault” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs (kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya olunublar.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
![2](https://img.redaktor.az/gallery/2025/02/270097_67ab92c7277ae.webp)