Gəncədə piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır

 22:43 11.02.2025     89

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, yolda hərəkətdə olan "Opel" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2000-ci il təvəllüdlü E. Əliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirlir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.