Çörəkdən siqaret kötüyü çıxan müəssisədə nöqsanlar aşkarlandı - FOTO

 12:12 12.02.2025     112

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Xatırladaq ki,  fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən alınan çörəkdə siqaret kötüyü çıxmışdı. 

Çörəkdən siqaret kötüyü çıxan müəssisədə nöqsanlar aşkarlandı - FOTOLAR

Çörəkdən siqaret kötüyü çıxan müəssisədə nöqsanlar aşkarlandı - FOTOLAR