Şərurda 18 yaşlı oğlan bıçaqlandı - YENİYETMƏ SAXLANILDI

 13:18 12.02.2025     123

Şərurda 18 yaşlı oğlan bıçaqlanıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə mübahisə zəminində baş verib. Rayonun İbadulla kənd sakini, 2007-ci il təvəllüdlü C.Ə. Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü M.Ə. tərəfindən bıçaqlanıb.

O, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə təqsirli bilinən M.Əliyev saxlanıb.

Faktla bağlı araşdırma aparılır.