Bakının mərkəzində 4 maşını əzən “Kia” aşdı - VİDEO
![](https://img.redaktor.az/news/2025/02/photo_270165.webp)
Bakıda “Kia Sportage” markalı avtomobil qəza törədib.
Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Bəsti Bağırova küçələrinin kəsişməsində qeydə alınıb.
Sürücünün idarəetməsindən çıxan “Kia Sportage” markalı avtomobil 4 maşını əzərək yolun hərəkət hissəsinə aşıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə hadisə yerindən yayılan görüntüləri təqdim edirik: