Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürüldu

 13:55 12.02.2025     94

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.