Sumqayıtda ər arvadını qətlə yetirməkdə şübhəli bilinir

Sumqayıtda ər arvadını boğaraq öldürüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Cəmalə Quliyevanın həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.