Sumqayıtda ər arvadını qısqanclıq zəminində öldürdü, polisə təslim OLDU
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Cəmalə Quliyevanın həyat yoldaşı Qoxmaz Quliyev tərəfindən boğularaq öldürüldüyü bildirilir.
Bildirilir ki, o, hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır (Report).