Ağdamda yük maşını minaya düşdü - YENİLƏNİB - FOTO

Ağdam rayonunda mina hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
11:44
***
Ağdamda yük maşını minaya düşüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.

