Keçmiş səfirimiz İngiltərədə həbs olundu - Seksual hərəkətlərə görə

 15:33 14.02.2025     238

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Northwhitch Guardian” qəzeti yayıb. 

Bildirilib ki, fevralın 7-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. 

Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş.

Məhkəmə materiallarında qeyd olunub ki, o, həmin gün özünü aqressiv aparıb, qadın əməkdaşların müxtəlif bədən hissələrinə toxunub. 

Məlumata görə, Norveç və İsveçdə də səfir olmuş R.İbrahimov ötən il özünü ittihamın beş bəndi üzrə təqsirli bilib. 

Qeyd olunub ki, keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək.