Gədəbəydə minik maşını aşdı, xəsarət alanlar var
![](https://img.redaktor.az/news/2025/02/photo_270459.webp)
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Hərəkətdə olan "TOFAŞ" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.