Cəlilabadda sursat AŞKARLANDI
![](https://img.redaktor.az/news/2025/02/photo_270500.webp?v=MTg6NDcyMDI1LTAyLTE1IDA5OjQ2OjMw)
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 5 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.