Bakıda itkin düşən qız tapıldı - YENİLƏNİB

 17:05 15.02.2025     282

Bakıda itkin düşən gənc qız tapılıb.

Redaktor.az xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan və fevral ayının 12-də itkin düşən 18 yaşlı Günel Rizvan qızı Abdullayeva polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

11:13

***

Bakıda gənc qız itkin düşüb.

Redaktor.az Lent.az-a istinadla xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan 18 yaşlı Günel Rizvan qızı Abdullayeva fevralın 12-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qardaşı polisə müraciətində bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.