Nərimanovdakı yanğın söndürüldü - YENİLƏNİB

 15:28 15.02.2025     213

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

14:33

***

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu haqda FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.