Bakıda mağazalardan ödəmə terminallarını oğurlayan şəxs SAXLANILDI
![](https://img.redaktor.az/news/2025/02/photo_270527.webp)
Binəqədi rayonu ərazisindəki mağazalarda quraşdırılan və içərisində 5 400 manat maddi vəsait olan iki ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.