Şəkidə yol qəzası baş verdi, ölən və yaralananlar var

Şəkidə “Kamaz” piyadanı vurub, daha sonra traktorla toqquşub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, axşam saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.